...

ARDNŞ dənizdəki neft-qaz əməliyyatları üçün iki gəmini istismara verib (ƏLAVƏ OLUNUB) (FOTO)

Energetika Materials 20 Sentyabr 2010 14:39 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) təmir olunmuş "Qurban Abbasov" kran gəmisini və "Caspian Power" gəmisini istismara verib. Hər iki gəmi "BUE Caspian" alyansı çərçivəsində fəaliyyət göstərəcək.
ARDNŞ dənizdəki neft-qaz əməliyyatları üçün iki gəmini istismara verib (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. Əlavəsi: gəmilərin texniki göstəriciləri əlavə olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) təmir olunmuş "Qurban Abbasov" kran gəmisini və "Caspian Power" gəmisini istismara verib. Hər iki gəmi "BUE Caspian" alyansı çərçivəsində fəaliyyət göstərəcək. Gəmilərin istismara verilmə mərasimi Azərbaycanda sentyabrın 20-də qeyd olunan Neftçilər günü ilə eyni günə təsadüf edir. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkətin digər yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.

"Qurban Abbasov" kran gəmisində modernləşdirmə işləri aparıldıqdan sonra, 150-200 nəfərin yaşaması və işləməsi üçün əlverişli şərait yaradılıb. Gəminin uzunluğu 141, eni 54 metr təşkil edir. Kran mexanizminin ümumi yükqaldırma qabiliyyəti 600 ton təşkil edir. Göyərtənin yükgötürmə qabiliyyəti 1 200 tondur.

Çində istehsal olunan "Caspian Power" gəmisinin uzunluğu 72,5, eni 17 metrdir. Əsas mühərrik  12 240 at gücündədür. Gəmi Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağındakı platformalara xidmət göstərəcək.

Bu gəmilər də, digərləri kimi, Xəzərin Azərbaycan sektorunda neft-qaz əməliyyatlarının həyata keçirilməsində iştirak edəcək.

"BUE Caspian" alyansı və ARDNŞ on ildən artıqdır, Xəzərdə gəmilərdən istifadə üzrə serviz xidmətləri təqdim edir. Bu dövrdə alyans tərəfindən gəmilərin alınmasına 300 milyon dollardan artıq vəsait xərclənib. Sonralar bu gəmilər Xəzərdə istifadə olunmaq üçün ARDNŞ-nin sərəncamında qalır.

Xəbər lenti

Xəbər lenti