...

ARDNŞ BƏƏ-dəki terminalın tikintisini 2011-ci ilin sonlarında başa çatdıracaq

Energetika Materials 20 Sentyabr 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) 2011-ci ilin sonlarınadək BƏƏ-dəki "əl-Füceyrə" (Fujairah) limanındakı neft terminalının tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə bazar ertəsi şirkətin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, terminalın gücü ayda 35-40 min ton təşkil edəcək.

Hazırda terminalda iştirak payının 50 faizinə "Aurora Progress" Ticarət Evi ilə birgə "SOCAR Trading" şirkəti sahiblik edir.

Hazırda əbu-Dəbidən yerli biznes-strukturunun bu layihəyə daxil olma imkanları nəzərdən keçirilir.

Mayda ARDNŞ və İsveçrədə yerləşən "Aurora Progress" Ticarət evi neft məhsullarının saxlanılması da daxil olmaqla, neft anbarlarının inkişafı sahəsində əməkdaşlıq üzrə razılıq əldə ediblər.

ARDNŞ "SOCAR Trading" (İsveçrə) şirkəti ilə təmsil olunacaq.

Gücü 641 min kubmetr olan bu terminalın tərkibinə 20 rezervuar daxildir və terminal benzin, nafta, orta distilat və digər neft məhsullarının daşınması imkanına malikdir.

Terminalın üçüncü tərəflərə infrastrukturunun gücünü təklif edən müstəqil operatoru SOCAR AURORA olacaq.

Bu il "əl-Füceyrə" limanında tankerlərin qəbulu və yüklənməsi üçün çoxlu sayda körpünün istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti