Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkəti Bakının mərkəzində yeni Хidmət Mərkəzi açıb. Yeni Xidmət Mərkəzi Nizami küçəsi - 83 ünvanında yerləşir.
Mərkəzin açılış mərasimində iştirak edən "Bakcell"in baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, digər mərkəzlər kimi, bu mərkəz də öz müştərilərinə tam çeşiddə xidmət göstərəcək.
Bu, şirkətin Bakıda açdığı sayca 4-cü Xidmət Mərkəzidir. Hazırda "Bakcell"in ölkə üzrə 7 Xidmət Mərkəzi fəaliyyət göstərir. Bunlardan 4-ü Bakıda, 3-ü Sumqayıt, Gəncə və Naxçıvanda yerləşir. "Bakcell" öz müştərilərinə "BakcellİM Müştəri və Satış Xidməti Mərkəzləri" vasitəsilə də xidmət edir. Azərbaycanda hal-hazırda 16 "BakcellİM Mərkəzi" var.
Son 1 il ərzində "Bakcell" öz şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini iki dəfə artırıb. Hazırda "Bakcell"in aktiv abunəçilərinin sayı 2 milyonu ötür.
"Bakcell"in məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com İnternet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Qeyri-"Bakcell "abunəçiləri isə 055 0000 555-ə zəng etməklə, onun xidmətləri haqqında məlumat əldə edə bilərlər.