...

ARDNŞ Azərbaycanda quruda mezozoy qalıqlarını tədqiq etmək niyyətindədir

Energetika Materials 29 Sentyabr 2010 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın quruda mezozoy dövrünün qalıqlarında geofiziki tədqiqatlar aparmaq üçün geofiziki metodika hazırlanmalıdır. Bu barədə çərşənbə günü ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda quruda mezozoy qalıqlarının yerləşmə dərinliyi bərabər deyil, bəzi yerlərdə onlar hətta səthə çıxıb. Mənbə nümunə kimi Gürcüstan ilə sərhəddəki ərazini göstərib.

Azərbaycanın quruda karbohidrogen hasilatı əsasən səmərəli qalınlıqda istehsal olunur. Mezozoy qalıqlarından karbohidrogenlərin az həcmli hasilatı, xüsusilə "Siyəzən", "Muradxanlı" və digər yataqlarda həyata keçirilir. "Lakin bu həcm çox azdır", - mənbə qeyd edib.

Mənbənin fikrincə, mezozoy qalıqlarının öyrənilməsi və tədqiqi vacibdir və bu istiqamətdə ARDNŞ müvafiq işləri həyata keçirməyi planlaşdırır.

Lakin bu işlərin görülməsi vəsait tələb edir ki, bu da xüsusilə sahə işlərinin aparılması, eləcə də lazım olan şəraitdə qazma işləri hazırlığına xərclənməlidir. Həmçinin, mezozoy qalıqlarında işlərin aparılma çətinliyi burada karbonat kütlələrinin olması ilə bağlıdır.

Bundan əvvəl ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənib hazırlanması məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin dediyi kimi, mezozoy qalıqlarında tədqiqatların aparılması böyük neft yataqlarının aşkarlanmasına gətirib çıxara bilər. Şirkət tərəfindən bu məsələyə baxılır və gələcəkdə ARDNŞ bir neçə il ərzində bu istiqamətdə işlər görəcək.

Xəbər lenti

Xəbər lenti