...

Azərbaycan elektrik enerjisinin ixracına hazırlaşır – Trendin icmalçısı

Energetika Materials 2 Oktyabr 2010 16:34 (UTC +04:00)
Son illərə Azərbaycan elektrik enerjisində öz ehtiyaclarını tamamilə təmin edib və bu gün başqa ölkələrə onun ixracı imkanlarını nəzərdən keçirir.
Azərbaycan elektrik enerjisinin ixracına hazırlaşır – Trendin icmalçısı

Azərbaycan, Bakı, 2 oktyabr/Trend/

Trend agentliyinin direktor müavini Seymur Əliyev

Son illərə Azərbaycan elektrik enerjisində öz ehtiyaclarını tamamilə təmin edib və bu gün başqa ölkələrə onun ixracı imkanlarını nəzərdən keçirir. Tam elektrik enerjisi ilə təminat ölkənin energetika təhlükəsizliyinin əsaslarından biridir və neftqaz bölməsilə qırılmaz bağlılıq təşkil edir.

Bu nəticələrə təkcə mövcud qurğuların yenidən qurulması hesabına nail olunmayıb. Qısa vaxt ərzində respublikada ölkənin enerji təhlükəsizliyini yüksəldən, eləcə də ixrac üzrə layihələrə başlamağa imkan verən bir neçə elektrik stansiyası tikilərək istismara verilib.

Hazırda Azərbaycanda 6400 meqavat ümumi gücə malik 13 istilik elektrik stansiyası və altı su elektrik stansiyası var.

2015-ci ilədək Azərbaycanın elektrik enerjisi sisteminin gücü doqquz min meqavatta çatdırılacaq. Bu halda bu göstəricidən 10 faiz alternativ və bərpa edilən enerji mənbələri təşkil etməlidir.

2010-cu ilə Azərbaycanın energetika sisteminin gücünün həcmi altı min meqavat səviyyəsində olacağı proqnozlaşdırılır, lakin hazırda o artıq 6,5 min meqavata bərabərdir. Son beş il ərzində energetika sisteminin gücü 2,7 min meqavat artıb.

Bu gün respublika həmsərhəd dövlətlərlə birgə istehsal edilmiş elektrik enerjisinin ixracını həyata keçirməyə imkan verəcək bir sıra layihələr hazırlayır.

Gürcüstan və Azərbaycan elektrik enerjisi sistemlərinin inkişafı üzrə memorandumu imzalayıblar. Bu memorandum iki ölkəni birləşdirən 500 kilovat gücə malik "Muxran sahəsi" elektrikötürücü xəttin sonrakı yenidənqurma və modernləşdirilməsi üzrə işin həyata keçirilməsini nəzərdə tutur.

Bu elektrikötürücü xəttin bərpası iki ölkə arasında enerji mübadiləsini artırmağa imkan verəcək, həmçinin enerji mübadiləsinin təhlükəsizliyini daha çox təmin edəcək. "Мuxran sahəsi" elektrikötürücü xəttin bərpası həmçinin iki istiqamətdə elektrik enerjisininin ixrac-idxalını artırmağa imkan verəcək.

Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin elektrik enerjisi sistemlərinin sinxronlaşdırması üzrə ümumi layihənin bir hissəsidir.

2011-ci il sonunadək Gürcüstan Azərbaycanla, 2012-ci ilin sonuna kimi isə Türkiyə ilə sərhədə qədər olan yüksəkvoltlu ötürücü xəttin tikintisini, yenidən qurulmasını və modernləşdirilməsini başa çatdırmaq niyyətindədir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında bu sinxronlaşdırılmış sistemin yaradılması layihə iştirakçıları ölkələrində elektrik enerjisi sahəsinin işinin sabitliyini yüksəltməyə, həmçinin Azərbaycandan Türkiyəyə və türk elektrik sisteminin birləşdiyi başqa ölkələrə elektrik enerjisinin ixracını həyata keçirməyə imkan verəcək.

Bu gün həmçinin Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin sinxronlaşdırması üzrə layihə reallaşmaqdadır.

Bu layihənin reallaşması ölkələr arasında qarşılıqlı elektrik enerjisi mübadiləsini həyata keçirməyə, eləcə də bu layihəyə regionun digər ölkələrini qoşmağa imkan verəcək. Bundan əvvəl Rusiya və İran arasında əməkdaşlığın tipi haqqında danışıqlar aparılıb. Tərəflərdən biri elektrik enerjisinin qarşılıqlı satışına, digəri isə mübadiləsinə təkid edib.

Hazırda İranla enerji mübadiləsinin 700 MVt qədər artırılması üçün Azərbaycan birgə layihəni reallaşdırır. Onun tamamlanması Naxçıvan Muxtar Respublikasına 150 MVt və bütovlükdə Azərbaycan energetika sisteminə qış dövründə 400 MVt elektrik enerjisini tədarük etməyə imkan verəcək. Proqram İranın "Sunir" şirkəti ilə birgə reallaşır və 330-kilovat gücə malik Əlibayramlı YİS - İmişli elektrikötürücü xəttini, İmişli - Parsabadın ikinci xəttini, 220 kilovoltluq Əlibayramlı YİS - Salyan, Salyan - Masallı, Masallı - Astara, eləcə də "Salyan" yarımstansiyasının genişləndirilməsini özündə birləşdirir. Elektrikötürücü xəttin ümumi uzunuluğu 350 km təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti