...

ARDNŞ dizel yanacağının ixracını artırıb

Energetika Materials 4 Oktyabr 2010 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft emalı zavodlarından (NEZ) 1,45 milyon tondan çox neft məhsulu ixrac edilib. Bu göstərici 2009-cu ilin analoji dövründə 1,6 milyon ton olub.

Sentyabr ayında ARDNŞ tərəfindən təxminən 165,3 min ton neft məhsulu ixrac olunub. Bu göstərici ötən ilin sentyabrında 170,4 min ton olub.

Azərbaycanda neft məhsulları Bakının ümumi gücü ildə 20 milyon ton neft olan iki NEZ bazasında istehsal olunur. Hər iki NEZ hər il öz vəsaiti hesabına quru və dəniz yataqlarında hasil olunan altı milyon tondan çox nefti emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Ötən il Bakı NEZ-də 6,03 milyon ton neft emal edilib. 2008-ci ildə bu göstərici 7,35 milyon ton olub. Cari ildə ARDNŞ Bakının iki neft emalı zavodunda altı milyon tondan çox neft emal etməyi planlaşdırır.

Neft məhsulları

Yanvar-sentyabr, 2010 (min ton)

Yanvar-sentyabr, 2009 (min ton)

Dizel yanacağı

1 227 848

1 116 967

Avtomobil benzini

134 303

184 241

Aviasiya kerosini

89 351

247 601

Xəbər lenti

Xəbər lenti