...

Bolqarıstan "AGRI" layihəsinə qoşula bilər – Gürcüstanın energetika naziri

Energetika Materials 5 Oktyabr 2010 12:56 (UTC +04:00)
Gürcüstan ərazisindən Azərbaycan qazının Bolqarıstana nəqli üçün istifadə olunacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə Bolqarıstanın Baş naziri Boyko Borisov Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşündən sonra məlumat verib.
Bolqarıstan "AGRI" layihəsinə qoşula bilər – Gürcüstanın energetika naziri

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan ərazisindən Azərbaycan qazının Bolqarıstana nəqli üçün istifadə olunacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə Bolqarıstanın Baş naziri Boyko Borisov Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşündən sonra məlumat verib.

Söhbət ixrac haqqında - Azərbaycanla Bolqarıstan arasında sazişin imzalandığı iki milyard kubmetr qaz haqqında gedir. "Bu həcmlər Gürcüstanın Poti limanından daşınacaq, orada qazın sıxılması həyata keçiriləcək və o, bu şəkildə gəmilərlə Bolqarıstana yola salınacaq", - Borisov deyib.

Gürcüstanın energetika naziri Aleksandr Xetaqurinin sözlərinə görə, gələcəkdə Bolqarıstanın Azərbaycanın sıxılmlş qazının Avropaya nəqli üçün nəzərdə tutulan "Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsinə qoşulması da mümkündür.

Bundan əvvəl Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, layihənin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Sentyabrın 14-də Azərbaycan, Gürcüstan və Rumıniya "AGRI" qaz nəqliyyatı layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti