...

"SOCAR Energy Georgia" Azərbaycanda nümayəndəlik açıb

Energetika Materials 12 Oktyabr 2010 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabr ayında Azərbaycanda vergi orqanlarında "SOCAR Energy Georgia" şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Onun təsisçisi ARDNŞ-nin törəmə müəssisəsi olan Gürcüstanın "SOCAR Energy Georgia" şirkəti olub. Təşkilat dövlət qeydiyyatından 2010-cu il sentybrın 28-də keçib. Şirkətin rəsmi nümayəndəsi Emin Hacıyevdir.

ARDNŞ-nin Gürcüstanda maraqlarını onun törəmə müəssisəsi "SOCAR Energy Georgia" təmsil edir. Şirkətin həmtəsisçiləri: ARDNŞ - 51 faiz, "Petro-Trans FZCO" - 24,5 faiz və İvan Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti