...

"Nabukko" Konsorsiumu beynəlxalq maliyyə institutlarından investisiyaların cəlb edilməsi üçün işlər görür – direktor

Energetika Materials 15 Oktyabr 2010 16:21 (UTC +04:00)
"Nabukko" qaz kəməri tikintisi layihəsinin potensial maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları tərəfindən dörd milyard avroya qədər həcmdə qiymətləndirmə prosesi başlayıb.
"Nabukko" Konsorsiumu beynəlxalq maliyyə institutlarından investisiyaların cəlb edilməsi üçün işlər görür – direktor

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

"Nabukko" qaz kəməri tikintisi layihəsinin potensial maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları tərəfindən dörd milyard avroya qədər həcmdə qiymətləndirmə prosesi başlayıb. Bu barədə cümə günü "NABUCCO Gas Pipeline International GmbH"nin idarəedici direktoru Reynhard Mitçek deyib.

"Nabukko" layihəsi ilə bağlı işlər indiyə qədər çox müsbət şəkildə irəliləyib. Cari ildə ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə başlanılıb və ictimaiyyətlə müzakirələrin ilk mərhələsi keçirilib. Bununla yanaşı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə zəmanət məktubu imzalanıb və dörd milyard avroya qədər həcmdə potensial maliyyələşdirmə üzrə qiymətləndirmə prosesinə başlanılıb. Bundan başqa, biz avadanlıq tədarükçülərinin ilkin qiymətləndirilməsi prosesini də yekunlaşdırmışıq", - Mitçek qeyd edib.

Onun sözlərinə görə, maliyyələşdirmə üzrə yekun qərarın 2011-ci ildə qəbul ediləcəyi gözlənilir, tikinti prosesinə isə 2012-ci ildə başlamaq nəzərdə tutulur. Boru ilə ilk qazın vurulmasının, mənbə imkanlarından asılı olaraq, 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.

"Nabukko" boru kəmərinin texniki nəqletmə gücü ildə 31 milyard kub metr təşkil edəcək. Azərbaycan, Türkmənistan və İraqdan xeyli miqdarda qazın tədarük ediləcəyini gözləyirik", - Mitçek qeyd edib.

"Nabukko" boru kəmərinin dəyəri 7,9 milyard avro təşkil edir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti