...

Azərbaycan yanvar-sentyabrda "Şahdəniz" yatağından 1,4 milyard kubmetrdən çox qaz alıb

Energetika Materials 16 Oktyabr 2010 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Yanvar-sentyabrda Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 1,44 milyard kubmetr qaz alıb. 2009-cu ilin analoji dövründə bu göstərici 843,5 milyon kubmetr təşkil edib. Bu barədə şənbə günü ARDNŞ-dən məlumat verilib.

Yanvar-sentyabrda alınan qazın ümumi həcmindən 429 milyon kubmetr ARDNŞ-nin "Şahdəniz" layihəsindəki iştirak payıdır. Yerdə qalan bir milyard kubmetrdən çox qaz isə ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%. Hazırda qaz Cənubi Qafqaz boru kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) Gürcüstana və Türkiyəyə nəql olunur.

Bu il yataqda 7,84 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. Yataqda ən yüksək hasilatın 8,6 - 9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 25 milyard kubmetrədək artırılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti