...

ARDNŞ Xəzərdə ekoloji monitorinq aparıb

Energetika Materials 4 Noyabr 2010 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Səngəçal-Duvannı- Xərə-Zirə" yatağında monitorinq aparıb. Bu barədə Dövlət Neft Şirkətinin məlumatında deyilir. Yataq ARDNŞ-nin "Azneft" İstehsalat Biriliyinin N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin balansında yerləşir.

Məlumatda deyildiyi kimi, monitorinq yataqda ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədilə aparılıb. Xəzər dənizinə təsir göstərən parametrlərin müəyyən olunması üçün monitorinq zamanı dəniz suyu, zooplankton və dib çöküntüsü nümunələri götürülüb. Həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikası, dəniz axınlarının istiqaməti və sürəti öyrənilib.

Götürülmüş nümunələr tədqiq edildikdən sonra alınmış nəticələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti