...

ARDNŞ Xəzərdə yeni quyu qazır

Energetika Materials 22 Noyabr 2010 18:48 (UTC +04:00)
ARDNŞ "Neft Daşları" yatağında yeni neft quyusunu qazmağa başlayıb. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
ARDNŞ Xəzərdə yeni quyu qazır

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti )"Neft Daşları" yatağında yeni neft quyusunu qazmağa başlayıb. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni quyunun qazılması "Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan başlayıb. Quyunun layihə dərinliyi 1410 metrdir. Geoloqların hesablamalarına görə, quyunun sutkalıq debeti 5 ton təşkil edəcək.

2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin bir müddət əvvəl dediyi kimi, Azərbaycanın "Neft Daşları" dəniz neft-qaz yatağının çıxarıla bilən qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir. Mənimsənilmə üzrə mövcud layihəyə uyğun olaraq, "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti