...

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarından qazın alınmasını artırır

Energetika Materials 16 Dekabr 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarından alınan qazın həcmini iki dəfədən çox - 4,66 milyon kubmetrə qədər artırıb. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə məlumat verib.

Bu günün ikinci yarısından ARDNŞ "Qaradağ" qaz anbarından qaz götürməyə başlayıb. Bu, öz növbəsində "Qalmaz" qaz anbarından alınan qazın bir milyon kubmetrə qədər azaldılmasını nəzərdə tutur.

"İndi üç milyon kubmetrdən çox qaz "Qalmaz" anbarından, bir milyon kubmetr isə "Qaradağ" qaz anbarından alınacaq", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, dekabrın birinci yarısının yekunlarına görə, ARDNŞ yeraltı qaz anbarlarından 35,3 milyon kubmetrə yaxın qaz alıb.

Hazırda respublikada iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarı var.

Qaz vurulması mövsümünün başa çatmasının yekunu üzrə Azərbaycanın yeraltı qaz anbarlarında ehtiyatlar 3,05 milyard kubmetr təşkil edir. Qaz anbarlarında olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən artıq qaz ötən ildən qalıb.

Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti