...

ARDNŞ Bakıda Böyük Şor gölü ərazisində monitorinq aparıb

Energetika Materials 21 Dekabr 2010 16:01 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsi Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi üçün ayrılmış sahənin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə təkrar ekoloji monitorinq keçirib.
ARDNŞ Bakıda Böyük Şor gölü ərazisində monitorinq aparıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsi Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi üçün ayrılmış sahənin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə təkrar ekoloji monitorinq keçirib. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Eyni zamanda, ərazidə formalaşmış suyun səviyəsinin ölçülməsi, su nümunələrinin götürülməsi, dib çöküntülərinin miqdarı və həcminin dəqiqləşdirilməsi məqsədilə müvafiq ölçmə işləri aparılıb, götürülən nümunələrin coğrafi koordinatları müəyyən edilib və iş prosesini əks etdirən görüntülər lentə alınıb.

Götürülən nümunələr analiz olunması üçün laboratoriyaya təhvil verilib.

Xəbər lenti

Xəbər lenti