...

ARDNŞ-dən neft alan Vyetnam NEZ-i xammal emalını artıracaq

Energetika Materials 23 Dekabr 2010 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir A.Bədəlova /

Vyetnamın "Dung Quat" neft emalı zavodu gələn ildən neft idxalını bir milyon tonadək artırmağı planlaşdırır. Bu barədə "Dung Quat"ın idarəçisi "Binh Son Petrochemical" şirkətinin icraçı direktoru Nquyen Hoay Qianqa (Nguyen Hoai Giang) istinadən "Vietnam Business & Economy News" xəbər yayıb.

Neft idxalçılarının adları açıqlanmır.

"Saigon Tiep Thi" qəzeti yazır ki, 2011-ci ildə idxal olunacaq neft həcmi zavodun fəaliyyətə başladığı 2009-cu ilin fevralında alınan 400 min ton həcmdə neftdən iki dəfə çoxdur.

Apreldə mülkiyyətində "Dung Quat"ın olduğu "Petrovietnam oil corporation" ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakıda neft sahəsində qrşılıqlı anlaşma memorandumu və Vyetnam NEZ-nə Azərbaycan neftinin uzunmüddətli satışı barədə müqavilə imzalayıb. Neft satışı məsələləri ilə Sinqapurdakı "SOCAR Trading" törəmə müəssisəsi məşğul olur.

2011-ci ildə "Dung Quat" 4,9 milyon tona yaxın neft məhsulları istehsal edəcək, onların böyük hissəsi daxili bazar üçün nəzərdə tutulub. İyulun ortalarından sentyabrın ortalarınadək təmir işlərini aparılması ilə bağlı şirkət öz fəaliyyətini dayandıra bilər. "Petrovietnam" xəbər verir.

"Dung Quat" Vyetnamda ildə 6,5 milyon ton məhsul istehsal edən ilk zavoddur.

Bu günə "Dung Quat"ın gücü sutkada 135 500 bareldir. Uzunmüddətli dövrdə onun sutkada 170 min barelədək artırılması planlaşdırılır.

"Dung Quat" 2009-cu ilin fevralında öz kommersiya fəaliyyətinə başladığı vaxtdan 8 milyon ton neft emal edib.

Xəbər lenti

Xəbər lenti