...

"Suraxanı Oil" əməliyyat şirkəti sənaye sularını emal üçün "Ekol" QSC-yə təhvil verib

Energetika Materials 24 Dekabr 2010 18:46 (UTC +04:00)
Hazırda mədən ərazisində mövcud olan müxtəlif ölçülü gölməçələrin mərhələli olaraq ləğv olunması işi davam etdirilir.
"Suraxanı Oil" əməliyyat şirkəti sənaye sularını emal üçün "Ekol" QSC-yə təhvil verib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Ətraf mühitin mühafizəsi üzrə tədbirlər planı çərçivəsində "Suraxanı Oil" Əməliyyat Şirkətinin istismarında olan mədən ərazisindən ayrı-ayrı quyuların və digər qurğuların ətrafından 521 kubmetr sənaye axıntı suları yığılaraq təmizlənməsi və zərərləşdirilməsi üçün "Ekol Mühəndislik Xidmətləri" QSC-yə təhvil verilib. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin cümə günü rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, hazırda mədən ərazisində mövcud olan müxtəlif ölçülü gölməçələrin mərhələli olaraq ləğv olunması işi davam etdirilir.

Yanvar-oktyabr ayları ərzində 9 quyunun işçi meydançası və ətrafları uzun müddət atılıb qalan tullantılardan təmizlənib.

Bu ərazinin işlənməsinə dair müqavilə 2005-ci ildə imzalanıb. Müqavilə çərçivəsində iştirak payının 75 faizi "Rafi Oil" (BƏƏ) şirkətinə, qalan 25 faiz isə ARDNŞ-yə məxsusdur.

Xəbər lenti

Xəbər lenti