...

İranın neft naziri Azərbaycanın energetika naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 12 Yanvar 2011 14:26 (UTC +04:00)
Çərşənbə günü Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə İranın neft naziri Seyid Məsud Mirkazıminin görüşü keçirilib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib.
İranın neft naziri Azərbaycanın energetika naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub.

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir T.Cəfərov/

Çərşənbə günü Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə İranın neft naziri Seyid Məsud Mirkazıminin görüşü keçirilib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib.

İsgəndərinin sözlərinə görə, görüşdə iki ölkə prezidentlərinin danışıqlarının yekununa əsasən neft-qaz sahəsində tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələsi, eləcə də üçüncü ölkə ilə birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Eləcə də neft məhsulları sahəsində svop əməliyyatları və məhsulların Fars körfəzi ölkələrinə nəqli məsələləri də müzakirə edilib.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin sözlərinə görə, nazir Natiq Əliyev və İranın neft naziri, OPEK neft kartelinin indiki rəhbəri Seyid Məsud Mirkazimi görüş zamanı neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini, birgə hasilat və neft-qaz yataqlarının işlənməsini, neft və qaz emalı, karbohiderogenlərin satışını və "svop"unu müzakirə ediblər.

Tərəflər neft-kimya sənayesi sahəsində əməkdaşlıq məsələlərini, eləcə bu sahədə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Görüşdə energetika sahəsində birgə layihələrin maliyyələşdirilməsi üçün neft bankının yaradılması imkanı barədə fikir yürüdülüb.

"Lakin bu, hələ ki ideya kimi nəzərdən keçirilir. Onun əsasında mütəxəssislər ətraflı araşdırmadan sonra öz təkliflərini irəli sürəcəklər", - Mənsimli qeyd edib.

Tərəflər arasında alternativ və bərpa edilən enerji məbələri sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti