...

Azərbaycan üçün qaz satışı bazarları, bu bazarlar üçün isə Azərbaycan qazı vacibdir – Prezident İlham Əliyev

Energetika Materials 18 Yanvar 2011 16:01 (UTC +04:00)
Azərbaycan üçün öz qazının satışı bazarları, bu bazarlar üçün isə Azərbaycan qazı vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Riqada Latviyanın dövlət başçısı Valdis Zatlerslə birgə mətbuat konfrasında bəyan edib.
Azərbaycan üçün qaz satışı bazarları, bu bazarlar üçün isə Azərbaycan qazı vacibdir – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan üçün öz qazının satışı bazarları, bu bazarlar üçün isə Azərbaycan qazı vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Riqada Latviyanın dövlət başçısı Valdis Zatlerslə birgə mətbuat konfrasında bəyan edib. Bu barədə məlumat Latviya Prezidentinin rəsmi saytında yerləşdirilib.

"Bizim qaz üçün istehsal profilimiz ən azı ikiqat artırıla bilər. Ona görə də bizim üçün bazarlar, bazarlar üçün isə bizim qazımız vacibdir. Bazarlar rəqabət qabiliyyətli, açıq olmalıdır, onlar qanunvericiliklə tənzimlənməlidirlər. Ona görə də avropalı istehlakçıların və Azərbaycanın maraqları üst-üstə düşür. Əməkdaşlıq etmək, birgə işləmək vaxtıdır. Qaz istehlakçıları, istehsalçıları və tədarükçülərinin maraqlarının təmin edilməsi üçün uzunmüddətli əməkdaşlıq etmək zamanıdır", - Azərbaycan Prezidenti deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün respublika neftin və qazın beynəlxalq bazarlarda tədarükü üzrə bütün zəruri infrastruktur layihələri həyata keçirir.

"İndi bizim neft və qazı müxtəlif istiqamətlərə çatdıran üç neft və dörd qaz xəttimiz var. Biz bütün qonşularımıza -Türkiyəyə, İrana, Rusiyaya təbii qaz tədarük edirik və öz istehsal, eləcə də ixrac imkanlarımızı genişləndirmək istəyirik ", - Prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan hər iki istiqamətdə çalışmalıdır.

"Birincisi, mövcud bazarlara qaz tədarükünü genişləndirmək. Mən artıq tərəfdaş ölkələri xatırlatdım. İkinci vəzifə yeni bazarlar tapmaq. Və burada biz Aİ ölkələri tərəfindən çox ciddi yanaşma görürük. Bu ciddi yanaşmanın nəticəsi bir neçə gün bundan əvvəl Bakıda sədr Barrozu ilə mənim aramda Birgə Bəyannamənin imzalanmasıdır. Bizim qaz ehtiyatlarımız nəhəngdir - trilyonlarla kubmetr. Bizim çox müasir, çox səmərəli, çox şaxələndirilmiş infrastrukturumuz və qaz kəmərlərimiz var. Və Avropaya çox qaz lazımdır. Bizim azacıq olsa da kimdənsə qaçmaq və ya yan ötmək fikrimiz yoxdur, biz öz enerji siyasətimizlə heç vaxt kiməsə qarşısa çıxmamışıq. Bizim üçün ən vacibi odur ki, öz qaz potensialımızı tam həcmdə realizə edirik", - dövlət başçısı qeyd edib.

Ötən həftə Avropa Komissiyası sədrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və AK sədri Joze Manuel Barrozu arasında "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalanıb.

"Cənub dəhlizi" Aİ üçün prioritet enerji layihələrindən biridir. O, enerjidaşıyıcıları marşrutları və mənbələrinin şaxələndirilməsini nəzərdə tutur və bununla da, Aİ-nin enerji təhlükəsizliyini artırır. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti