...

ARDNŞ Ukraynada 5 yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 19 Yanvar 2011 15:52 (UTC +04:00)
ARDNŞ Ukraynada öz brendi altında 5 yanacaqdoldurma kompleksini istismara verib. Bu barədə çərşənbə günü ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən bildiriblər.
ARDNŞ Ukraynada 5 yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Ukraynada öz brendi altında 5 yanacaqdoldurma kompleksini istismara verib. Bu barədə çərşənbə günü ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən bildiriblər. Rəsmi açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Nümayəndəlikdən dediklərinə görə, 5 yanacaqdoldurma kompleksinin hamısı Odessa-Nikolayev-Yujnoukrainsk avtomobil yolu yaxınlığında yerləşir.

"Rəsmi açılış mərasimi Sebinodakı yanacaqdoldurma məntəqəsində baş tutub", - mənbə qeyd edib.

Bundan əvvəl ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədovun dediyi kimi, şirkət 2011-ci ilin sonuna qədər Ukraynada şəxsi brendi altında 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. YDM şəbəkələrinin yaradılması artıq mövcud olanların alınması və yaxud yeni stansiyaların inşası yolu ilə həyata keçirilir.

Bu layihə şirkətin xüsusilə Ukrayna bazarında neft məhsullarının genişmiqyaslı pərakəndə satışı üzrə fəaliyyət proqramının bir hissəsidir.

ARDNŞ-nin artıq Gürcüstanda 60-dən çox YDM şəbəkəsi var və Azərbaycanda məntəqələrin yaradılmasına başlanılıb. Həmçinin, şirkət Rumıniyanın neft məhsullarının pərakəndə satışı bazarına çıxmaq niyyətindədir ki, bu da Aİ bazarına çıxış deməkdir.

Xəbər lenti

Xəbər lenti