...

2010-cu ildə Azərbaycanın qazdan əldə etdiyi mənfəət 268,2 milyon dollara yaxındır

Energetika Materials 27 Yanvar 2011 17:27 (UTC +04:00)
2010-cu ildə Azərbaycanın mənfəət neftindən və qazdan əldə etdiyi 12,8 milyard dollarlıq gəlirlərin ümumi həcmindən 268,2 milyon dollar "Şahdəniz" yatağından hasil olunan qazın, yerdə qalan həcm isə PSA müavilələri həcmində neftin payına düşür.
2010-cu ildə Azərbaycanın qazdan əldə etdiyi mənfəət 268,2 milyon dollara yaxındır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycanın mənfəət neftindən və qazdan əldə etdiyi 12,8 milyard dollarlıq gəlirlərin ümumi həcmindən 268,2 milyon dollar "Şahdəniz" yatağından hasil olunan qazın, yerdə qalan həcm isə PSA müavilələri həcmində neftin payına düşür. Bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov cümə axşamı bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycan "Binəqədi", "Suraxanı", "Abşeron", "Kürsəngi-Qarabağlı", "Bahar" və "Qum adası" yataqlarının işlənməsi üzrə müqavilələrdən də cüzi gəlir əldə edib.

2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 13 milyard 088,5 milyon manat, xərcləri isə 6386,5 milyon manat təşkil edib. Bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov cümə axşamı Fondun ötənilki fəaliyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ARDNF büdcəsinin gəlir hissəsi 144,9 faiz, xərcləri isə 99,4 faiz yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti