...

"ARDNŞ-AQŞ" Xəzərdəki qaz-kondensat quyusunun qazılmasını başa çatdırıb

Energetika Materials 8 Fevral 2011 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

"ARDNŞ-AQŞ" MMC Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağının azsulu hissəsində yeni istismar quyusunun qazılmasını başa çatdırıb. Bu barədə çərşənbə axşamı MMC-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirildiyi kimi, yeni quyu "Günəşli-11" platformasından qazılıb və ARDNŞ-nin "28 May" NQÇİ-nə təhvil verilib. Layihə dərinliyi 3920 metr təşkil edən quyunun qazılmasına ötən ilin oktyabrında başlanılıb.

İlkin mərhələdə sutkalıq debit 20 ton kondensat və 150 min ton qaz təşkil edir. Hazırda quyu istsimar olunur.

Məlumatda deyildiyi kimi, eləcə də "Günəşli-13" platformasından quyunun mənimsənilməsi başa çatmaq üzrədir. Yaxın vaxtlarda o istismara hazır olacaq və sifarişçiyə təqdim olunacaq.

"ARDNŞ-AQŞ" MMC 2007-ci il dekabrın 19-da yaradılıb. İştirak payı aşağıdakı kimi bölüşdürülüb: 51 faiz ARDNŞ, 49 faiz "Abşeron qazma" MMC.

Şirkət "Günəşli" yatağındakı iki stasionar platformada yerləşən üç qazma qurğusunun köməyilə özünün əsas sifarişçisi olan ARDNŞ-nin "Azneft" İB-yi üçün neft-qaz quyularının qazılması və tikintisi üzrə əməliyyatlar həyata keçirir. Qazma işləri "Günəşli-11" platformasındakı bir qazma buruğu, "Günəşli-13" platformasından iki qazma buruğu vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti