Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.İsmayılov/
Yanvarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 165 min ton neft məhsulları daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 39 faiz çoxdur. Bu barədə cümə axşamı Bakı limanındakı mənbə deyib.
Ümumilikdə ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 1,99 milyon ton neft və neft məhsulları daşınıb ki, bu da 2009-cu ilin göstəricisindən 21 faiz azdır. Neft yüklərinin daşınma həcminin azalması Qazaxıstan və Türkmənistan neftinin tranzitinin ümumi həcminin azalması, eləcə də Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.
Lakin mənbənin sözlərinə görə, ilin əvvəlindən Türkmənistandan neft yüklərinin daşınma həcmi artıb.
"Bu ilin əvvəlindən neft yüklərinin daşınmasında artım müşahidə olunub. Türkmənistandan neft yüklərinin daşınması həcmi artıb", - mənbə qeyd edib.
2009-cu ildə Bakı limanından 2,5 milyon ton neft yükləri daşınıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz azdır. 2009-cu ildə liman vasitəsilə ümumilikdə 5,1 milyon ton yük daşınıb.