...

ARDNŞ ekoloji parkın tikintisini davam etdirir

Energetika Materials 21 Fevral 2011 14:47 (UTC +04:00)
ARDNŞ Bakının Xəzər rayonu ərazisində ekoloji parkın salınması çərçivəsində suvarma sisteminin yaradılması üzrə işləri başa çatdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.
ARDNŞ ekoloji parkın tikintisini davam etdirir

Azərbaycan, Bakı, 21 fevral /Trend/

ARDNŞ Bakının Xəzər rayonu ərazisində ekoloji parkın salınması çərçivəsində suvarma sisteminin yaradılması üzrə işləri başa çatdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, artıq damcı suvarma sistemindən sonra istixanada püskürmə və nəmləndirmə sisteminin quraşdırılması işləri başa çatdırılıb və hazırda sistemin avtomatik idarə edilməsi avadanlıqlarının quraşdırılması davam etdirilir.

Qeyd olunan suvarma sistemləri istixanalarda ağac, kol tinglərinin, bəzək və dekorativ otaq bitkilərinin, qızılgül kollarının və s. yetişdirilməsi zamanı suya olan tələbatı təmin etməyə kömək edəcək.

Parkın tikintisi çərçivəsində işlərin çox hissəsi 2010-cu ildə başa çatdırılıb.

Parkın elektrik enerjisinə olan tələbatının 40 faizə yaxını alternativ enerji mənbələri sayəsində təmin ediləcək. Məsələn, park ərazisində hər birinin gücü 10 kilovat-saat olan dörd külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan günəş batereyaları elektrik enerjisinin istehsalı üçün quraşdırılıb.

Alternativ enerji mənbələri sayəsində istehsal ediləcək elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edəcək. Parkın ərazisində ARDNŞ-nin struktur bölmələrinin tələblərini təmin etmək üçün şitillər əkilməsi planlaşdırılır. Ekoloji park 9,3 hektar sahədə yaradılır.

Xəbər lenti

Xəbər lenti