...

ARDNŞ Rusiyaya qaz tədarükünü davam etdirir

Energetika Materials 26 Fevral 2011 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 ferval /Trend, müxbir E.İsmayılov/

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qazprom" şirkəti ilə imzalanmış qısamüddətli müqavilə çərçivəsində Rusiyaya sutkada altı milyon kubmetr qaz nəql edir. Bu barədə Trend-ə şənbə günü neft-qaz bazarındakı mənbə bildirib.

"Rusiyaya qaz tədarükü davam edir. Hazırda şimal istiqamətində sutkada altı milyon kubmetr qaz nəql olunur", - mənbə deyib.

Bu ilin yanvarında ARDNŞ Rusiyaya 190 milyon kubmetrə yaxın qaz nəql edib.

2010-cu ildə ARDNŞ RF-yə 800 milyon kubmetrə yaxın qaz ixrac edib. Bu il nəql edilən qazın həcminin iki milyard kubmetrə çatdırılacağı gözlənilir.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-cu il sentyabrın əvvəlində Bakıda imzalanan müqaviləyə əlavəyə görə, 2011-ci ildə "Qazprom" iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.

Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb.

Xəbər lenti

Xəbər lenti