...

Kulevi neft terminalının işçi heyəti üçün treninq keçirilib

Energetika Materials 17 Mart 2011 20:21 (UTC +04:00)
ARDNŞ-nin Kulevi Qara Dəniz Neft Terminalının işçi heyəti üçün "Atmosfer keyfiyyətinin analizinin keçirilməsinə məsul şəxslər" mövzusunda təşkil olunmuş treninq başa çatıb.
Kulevi neft terminalının işçi heyəti üçün treninq keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

ARDNŞ-nin Kulevi Qara Dəniz Neft Terminalının işçi heyəti üçün "Atmosfer keyfiyyətinin analizinin keçirilməsinə məsul şəxslər" mövzusunda təşkil olunmuş treninq başa çatıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

"Occupational Training International" şirkəti tərəfindən təşkil olunmuş ikigünlük kurslar zamanı terminalın istehsalat ərazisində və qapalı məkanda atmosferin analizini aparan əməkdaşlar effektiv təhlil metodları ilə tanış ediliblər.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti