...

ABŞ Azərbaycan neftinin idxalını artırıb

Energetika Materials 31 Mart 2011 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.İsmayılov/

Bu ilin yanvar ayında ABŞ Azərbaycandan 2,05 milyon bareldən çox neft idxal edib. Bu göstərici 2010-cu ilin yanvarında 950 min barel təşkil edib. Bu barədə cümə axşamı ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.

2010-cu ildə ABŞ Azərbaycandan 20,22 milyon bareldən çox neft idxal edib. 2009-cu ildə bu rəqəm 27,52 milyon barel olub.

ABŞ 2008-ci ildə 26,8 milyon barel neftə nisbətdə 2009-cu ildə 27,5 milyon barel neft idxal edib. 2007-ci ildə ABŞ Azərbaycandan 20,6 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel neft təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu nefti Türkiyə limanı Ceyhana çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa" boru kəməri ilə Gürcüstan limanı Supsaya çatdırılır və oradan nəql edilir.

Neft, həmçinin Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Qara dəniz limanı Batumiyə və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

Xəbər lenti

Xəbər lenti