...

ARDNŞ-nin Kulevi neft terminalı neft yüklərinin qəbulunu artırıb

Energetika Materials 6 Aprel 2011 15:58 (UTC +04:00)

Аzərbaycan, Bakı, 6 aprel /Trend/

Mart ayında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi Qara dəniz neft terminalı ötən ilin analoji dövründəkindən 136 faiz çox, yəni 336,6 min ton neft yükləri qəbul edib. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dən verilən məlumatda deyilir.

Məlumatda bildirildiyi kimi, martda terminal 313,66 min ton neft yükləri qəbul edib.

2010-cu ildə Kulevi terminalı 3,6 milyon ton neft yükləri daşıyıb ki, bu da 2009-cu ilin göstəricisindən 56 faiz çoxdur.

Ötən ilin iyulundan terminal Qazaxıstanın "Tengiz" yatağından hasil olunan qazax neftinin daşınmasına başlayıb. Bunadək terminal yalnız neft məhsullarının daşınması ilə məşğul olurdu.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması məqsədilə iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180-ə qədər vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti