...

İranın neft ehtiyatları 5 milyard barel artıb - nazir

Energetika Materials 15 Aprel 2011 14:59 (UTC +04:00)
İranın neft ehtiyatlarının əvvəllər ehtimal olunan həcmdən 5 milyard barel çox - 155 milyard barel, qaz ehtiyatlarının isə 33 trilyon kubmetrdən çox olduğu müəyyənləşdirilib.
İranın neft ehtiyatları 5 milyard barel artıb - nazir

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T.Cəfərov/

İranın neft ehtiyatlarının əvvəllər ehtimal olunan həcmdən 5 milyard barel çox - 155 milyard barel, qaz ehtiyatlarının isə 33 trilyon kubmetrdən çox olduğu müəyyənləşdirilib. Bunu İranın neft naziri Məsud Mirkazimi bu gün Tehranda keçirilən XVI Beynəlxalq Neft-Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Mirkazimi bildirib ki, ölkədə neft və qaz sahəsində yeni kəşfiyyatlar aparılıb, yaxın gələcəkdə bununla bağlı rəsmi açıqlama veriləcək.

O, İranın neft və qaz sənayesinə xarici investorların sərmayə yatırması üçün infrastruktur yaradıldığını deyib. "2015-ci ilədək neft, qaz və neft-kimya sənayesi sahəsinə 20 milyard dollar sərmayə yatırılmalıdır. İran özəlləşdirmə siyasəti çərçivəsində öz neft, qaz və neft-kimya zavodlarının mülkiyyətini xarici sərmayəçilərə verməyə hazırdır", - neft naziri qeyd edib .

O deyib ki, Tehranda keçirilən XVI Beynəlxalq Neft-Qaz Sərgisində 40 ölkəni təmsil edən şirkətlərin iştirakı İrana qarşı beynəlxalq sanksiyaların təsirsiz olduğunu göstərir.

Mirkazimi əlavə edib ki, İranın beşinci inkişaf proqramının həyata keçirildiyi dövr ərzində ölkədə sutkada 700 milyon kubmetr qaz və ildə100 milyon ton neft-kimya məhsulları istehsal olunacaq.

İranın nüvə proqramını dayandırması üçün BMT Təhlükəsizlik Şurası indiyədək bu ölkəyə qarşı dörd iqtisadi sanksiya tətbiq edib. Dünyanın böyük enerji şirkətləri, o cümlədən "Total", "Repsol", BP və "Shell" İranla bağladığı müqavilələri ləğv edib.

ABŞ İranda ildə 20 milyon dollardan artıq sərmayə yatıran şirkətlərə sanksiya tətbiq edəcəyini bildirib.

ABŞ Enerji İnformasiya Administrasiyası aprelin 12-də yaydığı statistikada bildirib ki, İranın neft istehsalatı 2010-cu ilin ikinci yarısından etibarən sutkada 100 min barel azalıb.

Xəbər lenti

Xəbər lenti