...

Qəza çağırışları həmişə əsaslandırılmış olmur - "Azəriqaz" İB

Energetika Materials 13 May 2011 13:59 (UTC +04:00)
Apreldə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 1400 qəza çağırışı qeydə alınıb.
Qəza çağırışları həmişə əsaslandırılmış olmur - "Azəriqaz" İB

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.İsmayılov/

Apreldə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 1400 qəza çağırışı qeydə alınıb. Bu barədə cümə günü İB-nin Mərkəzi dispetçer və rejimlərə nəzarət şöbəsinin mühəndisi Rasim Əhmədov deyib. "Azəriqaz" İB Azərbaycanda qazın nəqli və paylanması məsələlərinə nəzarət edir.

Onun sözlərinə görə, daxil olan qəza çağırışlarının ümumi sayından 270-i qaz sızması ilə bağlı çağırışların payına düşür.

"Qəza vəziyyəti ilə bağlı çağırışlar heç də həmişə əsaslandırılmış olmur, eləcə də bu, qaz sızması, habelə dəm qazının sızması məsələlərinə aiddir", - mənbə deyib.

Əhmədov onu da bildirib ki, qaz idarələrinin işçiləri qəza vəziyyətlərinin qarşısını almaq üçün ildə ən azı bir dəfə evlərə və binalara texniki baxış keçirirlər, abunəçiləri ehtiyat və təhlükəsizlik tədbirləri barədə məlumatlandırırlar.

Tez-tez abunəçilər özləri qazdan istifadə qaydalarını kobud şəkildə pozurlar. Həmçinin qaz kəmərlərindən səhv və normalara uyğun olmayan çəkilişlərin edilməsi, bacalar da bədbəxt hadisələrə və qəzalara səbəb ola bilər.

Əhmədovun sözlərinə görə, İB qəza vəziyyətlərinə reaksiya verilməsi və onların nəticələrinin aradan qaldırılması prosesinin təkmilləşdirilməsi üzrə işlər görür.

Xəbər lenti

Xəbər lenti