...

Azərbaycanda tanınmış neftçi Ağaqurban Əliyevin yubileyi qeyd olunub

Energetika Materials 25 May 2011 12:25 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dünən Azərbaycanın tanınmış neftçi-geoloqu Ağaqurban Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirib.

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dünən Azərbaycanın tanınmış neftçi-geoloqu Ağaqurban Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirib.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin "A.Q.Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" sərəncamına uyğun həyata keçirilib.

Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkətin, onun struktur bölkmələrinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Abdullayev Ağaqurban Əliyevin Azərbaycanın neft-qaz sənayesinin, eləcə də dənizdə neft və qaz hasilatının inkişafında böyük rolunu qeyd edib.

Tədbirdə məşhur neftçinin bütün uğurları, neft işinin inkişafına töhfəsi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti