...

ABŞ "Nabukko" layihəsini siyasi və strateji baxımdan daha əlverişli hesab edir

Energetika Materials 6 İyun 2011 17:25 (UTC +04:00)
Xəzər regionundan və Yaxın Şərqdən qazı ixrac edəcək "Nabukko" qaz layihəsi siyasi və strateji baxımdan daha əlverişlildir.
ABŞ "Nabukko" layihəsini siyasi və strateji baxımdan daha əlverişli hesab edir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir A.Bədəlova/

Xəzər regionundan və Yaxın Şərqdən qazı ixrac edəcək "Nabukko" qaz layihəsi siyasi və strateji baxımdan daha əlverişlildir. Trend-in məlumatına görə, bu barədə Bakıda ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.

Onun sözlərinə görə, məsələ yalnız ondan ibarətdir ki, bu layihə kommersiya baxımından həyat qabiliyyətli olacaq, ya yox. "ABŞ şübhə etmir ki, "Nabukko" üçün qaz kifayət qədərdir. Son nəticədə Azərbaycanda bu boru kəmərini doldurmaq üçün kifayət qədər qaz ola bilər, - o bildirib. - İraqdan da qaz nəqli mümkün ola bilər. Məsələ bütün bu qaz həcmindən nə vaxt istifadə ediləcəyindədir".

"Əsas məsələ odur ki, 2017-ci ilə ("Nabukko" üzrə qaz tədarüklərinin başlanacağı tarix) ehtiyatda kifayət qədər qaz olacaq, ya yox", - Morninqstar qeyd edib.

Onun sözlərinə görə, qərara gəlinsə ki, "Nabukko" hazırda kommersiya baxımından həyat qabiliyyətli layihə deyil, digər variantlar - nəticədə yeni qaz həcmlərinin meydana gəlməsi üzrə genişləndirilə biləcək kiçik boru kəmərləri müzakirə ediləcək. Bunlar ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və TAP (Transadriatik boru kəməri) ola bilər.

"ABŞ "Cənub enerji dəhlizi" çərçivəsində bütün layihələri dəsətəkləyir", - o qeyd edib.

"Bir nömrəli prioritet "Şahdəniz" yatağından olan qazdır. O, Türkiyə ərazisi ilə Avropaya nəql ediləcək. Buna görə də biz "Cənub dəhlizi" çərçivəsində istənilən layihəni dəstəkləyirik", - Morninqstar vurğulayıb.

"Cənub qaz dəhlizi"nin bir neçə layihəsinin birləşdirilməsini Morninqstar pis variant hesab etmir.

Transadriatik qaz kəməri layihəsi haqqında danışan Morninqstar deyib ki, ABŞ həmin layihənin həyata keçirilməsini dəstəkləyir, lakin onunla bağlı razılığa üç tərəf - Azərbaycan, Türkmənistan və Ai gəlməlidir.

"Biz həmişə bu layihənin həyata keçirilməsinə siyasi dəstək vermişik. Biz indi də lazımi dəstək verməyə hazırıq və ümid edirik ki, bu layihə həyata keçiriləcək", - Morninqstar vurğulayıb.

Enerjidaşıyıcıların marşrut və mənbələrini şaxələndirəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" Avropa İttifaqının enerjidaşıyıcıları üçün prioritetlərdən biridir.

İllik maksimal gücü 31 milyard kubmetr olan "Nabukko" qaz kəmərinin tikintisi 2013-cü ilə nəzərdə tutulub. Kəmərlə ilk tədarüklər 2017-ci ildə gözlənilir.

Xəbər lenti

Xəbər lenti