...

ARDNŞ-də "Standard and Poor's" agentliyi üçün təqdimat keçirilib

Energetika Materials 21 İyun 2011 19:21 (UTC +04:00)
ARDNŞ-yə "Standard and Poor's" beynəlxalq agentliyi tərəfindən reytinqin verilməsi ilə əlaqədar agentliyin nümayəndələri üçün təqdimat mərasimi keçirilib.
ARDNŞ-də "Standard and Poor's" agentliyi üçün təqdimat keçirilib

Azərbaycan, Bakı, 21 iyun /Trend/

ARDNŞ-yə "Standard and Poor's" beynəlxalq agentliyi tərəfindən reytinqin verilməsi ilə əlaqədar agentliyin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin məlumatında deyilir.

2009-cu ildə "Fitch Ratings" beynəlxalq agentliyi, 2010-cu ildə isə "Moody's" tərəfindən beynəlxalq reytinqin verildiyini, bu reytinq dərəcələrinin ilbəil yaxşılaşdığını diqqətə çatdıran Rövnəq Abdullayev "Standard and Poor's" təmsilçilərinin ARDNŞ-nin göstəriciləri ilə tanış olduqdan sonra şirkətə müvafiq reytinq veriləcəyinə əminliyini ifadə edib.

Şirkət prezidenti ARDNŞ-nin öz fəaliyyətində daha risksiz və gəlirli layihələrə üstünlük verildiyini bildirib.

"Standard and Poor's" beynəlxalq agentliyinin Moskva bürosunun baş direktoru Yelena Anankina ARDNŞ-yə reytinq verilməsi üzrə qrupa daxil olan London ofisinin direktoru Saymon Redmondu iştirakçılara təqdim edib. O qeyd edib ki, ARDNŞ nümayəndələri ilə indiyədək keçirilmiş görüşlər agentliyin təmsilçilərində müsbət rəy yaradıb.

Sonra "Standard and Poor's" təmsilçiləri üçün ARDNŞ-nin strukturunu, törəmə şirkətlərini, istehsal göstəricilərini, iştirak etdiyi layihələri əks etdirən təqdimat keçirilib.

Xəbər lenti

Xəbər lenti