...

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə səmt qazının idarə olunması ilə bağlı işçi qrupu yaradılıb

Energetika Materials 22 İyun 2011 19:11 (UTC +04:00)
ARDNŞ və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası imkanlarına nəzarət üzrə işçi qrupy yaradıblar.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə səmt qazının idarə olunması ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

ARDNŞ (Azəerbaycan Respublikası Dövlət Neft Şirkəti) və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası imkanlarına nəzarət üzrə işçi qrupy yaradıblar. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

İşçi qrupunun yaradılmasına dair qərar ARDNŞ-də keçirilən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda və "Şahdəniz" yatağında məşəldə yandırılan səmt qazının idarə edilməsinə həsr olunmuş görüşdə qəbul edilib.

Görüşdə həmçinin yeni işçi qrupunun fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti