...

Milli Məclis "Azər-Çıraq-Günəşli"nin işlənməsi çərçivəsində PSA tipli müqaviləyə əlavələri təsdiqləyib

Energetika Materials 24 İyun 2011 13:53 (UTC +04:00)
Milli Məclis Azərbaycanın "Azər-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda 1994-cü ildə imzalanan kəşfiyyat, işlənmə və pay bölgüsünə dair müqaviləyə birinci əlavənin təsdiqlənməsinə icazə haqqında qanunu qəbul edib.
Milli Məclis "Azər-Çıraq-Günəşli"nin işlənməsi çərçivəsində PSA tipli müqaviləyə əlavələri təsdiqləyib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Milli Məclis Azərbaycanın "Azər-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda 1994-cü ildə imzalanan kəşfiyyat, işlənmə və pay bölgüsünə dair müqaviləyə birinci əlavənin təsdiqlənməsinə icazə haqqında qanunu qəbul edib.

Əlavə layihədə ARDNŞ-nin iştirak payının artırılmasını nəzərdə tutur.

Müqaviləyə dəyişikliklər edilməsi ARDNŞ-yə Britaniyanın BP şirkətindən AÇG-də BP-dən (əvvəllər onun "Devon" şirkətindən aldığı) iştirak payının bir qismini almağa imkan verəcək. Dəyişikliklər ARDNŞ və BP arasında müqavilənin imzalanması üçün şərait yaradacaq. Bu layihə çox səmərəlidir və şirkət bu məsələyə kommersiya faydası baxımından yanaşıb.

2010-cu ildə "Devon" AÇG-dəki 5,63 faizlik payını layihə üzrə tərəfdaşlara - BP (3,29 faiz), "Chevron" (0,99 fazi), Inpex (0,96 faiz) və Itocu (0,38 faiz) şirkətlərinə satıb.

Xəbər lenti

Xəbər lenti