...

ARDNŞ Xəzərdə yeni quyunu istismara verməyə hazırlaşır

Energetika Materials 24 İyun 2011 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "8 Mart" yatağında yeni quyunu istismara verəcək. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, quyunun qazılması artıq başa çatıb (layihə dərinliyi 5800 metr) və hazırda deşmə işlərinə hazırlıq gedir.

"Yaxın vaxtlarda quyunun mənimsənilməsinə başlanacaq və ola bilsin ki, artıq gələn həftədən o, istismara verilsin", - mənbə bildirib.

Quyunun gözlənilən gündəlik debiti 350 min kubmetrə yaxın qaz və 40 ton kondensat təşkil edir.

Hazırda "8 Mart" yatağında sutkalıq 400 min kubmetrdən çox qaz hasil edilir.

ARDNŞ-nin balansında olan yataqlarda yeni quyuların qazılması üzrə işlər köhnə yataqlarda hasilatın səviyyəsinin saxlanması məqsədilə aparılır.

Xəbər lenti

Xəbər lenti