...

ARDNŞ NEZ-in birində qurğunun təmirini başa çatdırıb

Energetika Materials 29 İyun 2011 16:51 (UTC +04:00)
ARDNŞ Heydər Əliyev adına Bakı neft emalı zavodunda 31 nömrəli katalitik riforminq qurğusunda cari təmir işlərini başa çatdırıb.
ARDNŞ NEZ-in birində qurğunun təmirini başa çatdırıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı neft emalı zavodunda 31 nömrəli katalitik riforminq qurğusunda cari təmir işlərini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı xəbərdə deyilir.

Təmir zamanı qurğunun soyutma sisteminin havasoyuducu və istidəyişdiriciləri yuyulub təmizlənib. Həmçinin BP-nin təklifi əsasında sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər də sistemə qoşulub. Hazırda qurğu saatda 100 kubmetr məhsuldarlıqla istismar olunur.

Zavodun koks qurğusu da müvəffəqiyyətlə işə buraxılıb. Qurğu hazırda normal rejimlə - 75-80 ton məhsuldarlıqla istismar olunur.

Azərbaycanda ARDNŞ-nin balansında iki neft emalı zavodu var.

Xəbər lenti

Xəbər lenti