...

"Dragon Oil" Azərbaycan vasitəsilə neft ixracını artırıb

Energetika Materials 21 İyul 2011 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin birinci yarısında Xəzər dənizinin Türkmənistan sektorunda neft hasil edən "Dragon Oil" beynəlxalq neft-qaz şirkəti Azərbaycan vasitəsilə hasil olunan neftin 25 faizini ixrac edib. 2009-cu ildə bu göstərici 10 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin rəsmi saytında dərc olunan məlumatda deyilir.

İlin birinci yarısında şirkət hasilatda 25 faizlik artıma nail olub. Belə ki, yanvar-iyunda hasil olunan neftin sutkalıq həcmi 58 min barel təşkil edib ki, ötən ilin analoji dövründə bu rəqəm 46,42 milyon ton olub.

Azərbaycan vasitəsilə ixrac olunan neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilir.

Yanvar-iyunda "Dragon Oil" cəmi 4,9 milyon barel neft satıb ki, ötən il bu rəqəm 3,7 milyon barel olub.

"Dragon Oil" Cənubi Xəzər hövzəsinin şərq sektorunda 80 milyon ton neft və 88 milyard kubmetr təbii qaz ehtiyatlarına malik "Çeleken" müqavilə meydanında fəaliyyət göstərir. Türkmənistan hökuməti ilə PSA tipli (hasilatın pay bölgüsü) saziş 1999-cu ildə imzalanıb. Müqavilə sahəsinin ümumi ərazisi "Ceytun", "Ciqalıbek" və "Çelekenyanqummez" yataqları da daxil olmaqla, 950 kvadratkilometr təşkil edir.

Xəbər lenti

Xəbər lenti