...

Gürcüstanda qaza tələbat azalıb

Energetika Materials 23 İyul 2011 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

Gürcüstanda bir sıra paylayıcı şəbəkələr istifadəsində olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) istehlakçılara sutka ərzində 1,8 milyon kubmetr qaz tədarük edir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı maraqlarını təmsil edən "SOCAR Energy Georgia"-dakı mənbə bildirib.

Onun sözlərinə görə, yay dövründə Gürcüstanda qaza tələbat payzı-qış mövsümü ilə müqayisədə xeyli azalıb.

"Hazırda tədarük olunan qazın sutkalıq həcmi 1,8 milyon kubmetrə yaxın təşkil edir, halbuki qış dövründə bu göstərici 7-8 milyon kubmetrə çatır", - mənbə bildirib.

Gürcüstana qaz nəqli şirkətin gürcü bazarındakı fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.
2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti