...

ARDNŞ Xəzərdə neft platformasını modernləşdirir

Energetika Materials 3 Avqust 2011 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu "Günəşli-7" platformasının yenidən qurulmasına başlayıb. Bu barədə çərşənbə günü ARDNŞ-dəki mənbə deyib.

Mənbənin sözlərinə görə, nəzərdə tutulan işlər çərçivəsində zavod dayaq blokun təmirini və modernləşdirilməsini, eləcə də platformanın 14 modulunun tikintisini həyata keçirəcək.

"İşlərə artıq başlanılıb. Onların gələn ilin ortalarına başa çatdırılması planlaşdırılıb", - mənbə bildirib.

"Günəşli" yatağının dayaz hissəsi ARDNŞ tərəfindən müstəqil şəkildə işlənilir. "Azəri-Çıraq-Günəşli" blokunun tərkibindəki yatağın dərin hissəsi xarici şirkətlər konsorsiumu tərəfindən işlənilir. ARDNŞ-nin neft və qaz hasilatının çox hissəsi "Günəşli" yatağının dayaz hissəsinin payına düşür.

Xəbər lenti

Xəbər lenti