Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/
ARDNŞ obyektlərinin təhlükəsizliyinin təmini hazırda fəaliyyətin vacib sahəsidir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ rəhbəri Rövnəq Abdullayev Təhlükəsizlik İdarəsinin yeni inzibati binasının açılışı zamanı deyib.
Bina Bakının Nobel prospektində yerləşir. Binada Dövlət Gəmiçilik və Liman Nəzarəti Müfəttişliyi (82 nəfər ştat vahidi), Xüsusi texnika şöbəsi (100-dən çox ştat vahidi), İdarəetmə aparatı (21 ştat vahidi), eləcə də digər departament və şöbələr yerləşir.
Abdullayevin sözlərinə görə, ARDNŞ obyektlərinin və dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi şirkətin Təhlükəsizlik İdarəsi tərəfindən yüksək səviyyədə təmin olunur.
"Biz bu sahəyə xüsusi diqqət yetiririk", - o bildirib.
ARDNŞ-nin balansında bir sıra dövlət əhəmiyyətli obyektləri var. Onlar arasında neft və qaz emalı müəssisələri, magistral qaz kəmərləri, neft-kimya məhsulları istehsalı müəssisələri, dəniz platformaları və sualtı infrastruktur var.