...

İlin əvvəlindən "Ekol" QSC 50 hektardan çox torpağı neftdən təmizləyib

Energetika Materials 8 Avqust 2011 14:17 (UTC +04:00)
2011-ci ildə "Ekol Mühəndislik Xidmətləri" QSC həyata keçirilən layihələr çərçivəsində 52 hektar neftlə çirklənmiş ərazini təmizləyib. Trend-in məlumatına görə, bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
İlin əvvəlindən "Ekol" QSC 50 hektardan çox torpağı neftdən təmizləyib

Azərbaycan, Bakı, 8 avqust /Trend/

2011-ci ildə "Ekol Mühəndislik Xidmətləri" QSC həyata keçirilən layihələr çərçivəsində 52 hektar neftlə çirklənmiş ərazini təmizləyib. Trend-in məlumatına görə, bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, görülən işlər zamanı müqavilə ərazilərindən 129 min kub metr neft şlamı daşınıb. Təmzilənən ərazilərə 12,2 min kub metr ştib və 256,1 kub metr torpaq daşınıb.

QSC Ə.Əmirov adına "Balaxanıneft", H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində, həmçinin Qaraçuxur İNM (iriləşmiş neft mədənləri) mədən ərazisində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası üzrə işləri həyata keçirir.

Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006-cı il martın 1-də yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services (49 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti