Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir E.İsmayılov/
ARDNŞ Qalmaz qaz anbarında iki yeni quyunun qazılmasına başlayır.
Trend-in mənbəsinin sözlərinə görə, qaz anbralarındakı iki quyu əvvəllər qazılmışdı və indi bu quyulardan qaz avadanlığının sökülməsi aparılır. Sonra avadanlıq yeni iki quyunun qazılması üçün quraşdırılacaq.
"Hazırda Qaradağ qaz anbarında da qazma işləri davam edir", - mənbə bildirib.
Onun sözlərinə görə, yeni quyuların qazılması ilə paralel olaraq artıq mövcud quyu və avadanlıqların təmiri aparılır.
Bu il ARDNŞ ümumilikdə iki qaz anbarında 10 yeni quyu qazmaq niyyətindədir. Bunun altısı Qalmaz və dördü isə Qaradağ qaz anbarında qazılacaq.
Yeni qyuların qazılması və könələrinin təmiri üzrə işlər qaz anbarlarına qazın vurulmasının həcmini artırmaq məqsədilə aparılır.
Budan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevind ediyinə görə, bu il şirkət yeraltı qaz anabrlarına 3,5 milyard kub metr qaz vurmağı planlaşdırır. Bu göstərici ötən il 3,05 milyard olub.
Azərbaycanın qaz anbarlarında 1,14 milyard kub metrdən çox qaz ötən mövsümdən qalıb.