...

Şəmkir SES-in kaskadı elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 23 Avqust 2011 14:41 (UTC +04:00)
Yanvar-iyul aylarında Şəmkir SES-in kaskadı proqnozlaşdırılan 981 milyon kilovat-saata qarşı 993,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Şəmkir SES-in kaskadı elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Yanvar-iyul aylarında Şəmkir SES-in kaskadı proqnozlaşdırılan 981 milyon kilovat-saata qarşı 993,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji"SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kaskadın tərkibinə Şəmkir və Yenikənd SES-ləri daxildir.

Yanvar-iyul aylarında Şəmkir SES-də 711,3 milyon kilovat-saat, Yenikənd SES-də 281,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Şəmkir SES-in müəyyən edilən gücü 380 meqavatt, Yenikəndin isə 150 meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti