...

ARDNŞ bu günlərdə Bakıda ekoloji park açacaq

Energetika Materials 7 Sentyabr 2011 13:24 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sentyabrın 20-də Bakının Xəzər rayonu ərazisində yaradılan ekoloji parkı açmağı planlaşdırır.
ARDNŞ bu günlərdə Bakıda ekoloji park açacaq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sentyabrın 20-də Bakının Xəzər rayonu ərazisində yaradılan ekoloji parkı açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin rəsmi saytındakı məlumatda deyilir.

Parkın açılışı Neftçilər Gününə həsr olunub.

Məlumata görə, parkın elektrik enerjisinə olan tələbatının 40 faizi alternativ enerji mənbələri hesabına təmin olunacaq.

Həmçinin, parkın ərazisində hər biri 10 kilovat-saat enerji hasil etmək üçün 4 külək generatoru, eləcə də ümüumi gücü 20 kilovat-saat olan günəş batareyaları quraşdırılacaq.

Alternativ enerji mənbələrinin hesabına hasil olunacaq elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edəcək.

Habelə ARDNŞ parkın ərazisində öz struktur bölmələri üçün şitillər yetişdirmək fikrindədir. Ekoloji park 9,3 hektar sahədə yaradılıb.

Xəbər lenti

Xəbər lenti