...

Avropa Komissiyası enerji tədarükünün təhlükəsizliyi barədə sənəd qəbul edib

Energetika Materials 7 Sentyabr 2011 20:48 (UTC +04:00)
Avropa Komissiyası enerji tədarükünün təhlükəsizliyi və beynəlxalq əməkdaşlığa dair sənəd qəbul edib.
Avropa Komissiyası enerji tədarükünün təhlükəsizliyi barədə sənəd qəbul edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Avropa Komissiyası enerji tədarükünün təhlükəsizliyi və beynəlxalq əməkdaşlığa dair sənəd qəbul edib. Sənəddə ilk dəfə olaraq Aİ-nin energetika sahəsi üzrə xarici əlaqələrinin əhatəli strategiyası verilir. Trend-in məlumatına görə, bu barədə AK-nın yaydığı məlumatda deyilir.

Sənədə müvafiq olaraq, Transxəzər qaz kəməri üzrə Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün mandat təklif olunub.

"Energetika strategiyası-2020" Aİ-yə üzv olan ölkələrlə üçüncü ölkələrin energetika sazişlərinin şəffaflığının artırılması hesabına Aİ-nin energetika siyasəti ölçülərinin artırılmasını təklif edir.

Energetika üzrə Aİ komissarı Günter Ottingerin sözlərinə görə, sənəd "üçüncü ölkələrlə enerji əlaqələrinə razılaşdırılmış yanaşmanı" təklif edir.

Strategiyada 43 konkret addım sayılıb ki, onlar da üçüncü ölkələrlə energetika sazişləri haqqındadır.

Transadriatik boru kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçərək daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikilməsi üzrə layihənin dəyəri 2,2 milyard dollar təşkil edir. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr, maksimum isə 20 milyard kubmetr təşkil edir. TAP-ın uzunluğu 520 kilometrdir.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Bu layihələr üçün əsas mənbələrdən biri kimi Azərbaycanın 1,2 trilyon kubmetr qaz ehtiyatı ilə "Şahdəniz" yatağı hesab edilir.

Xəbər lenti

Xəbər lenti