...

Bakı və Abşeronun qazpaylayıcı sisteminin rekonstruksiyası çərçivəsində elektron məlumat bazası yaradılıb

Energetika Materials 14 Sentyabr 2011 15:04 (UTC +04:00)
"ArcGis" proqramı əsasında Bakı və Abşeronun qazpaylayıcı sisteminin rekonstruksiyası layihəsi çərçivəsində elektron məlumat bazası yaradılıb
Bakı və Abşeronun qazpaylayıcı sisteminin rekonstruksiyası çərçivəsində elektron məlumat bazası yaradılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

"ArcGis" proqramı əsasında Bakı və Abşeronun qazpaylayıcı sisteminin rekonstruksiyası layihəsi çərçivəsində elektron məlumat bazası yaradılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumat bazası yeni şəbəkələrin mərkəzi idarəetmə sistemlərinin (dispetçer) planlaşdırılması, hesablanması və yaradılması çərçivəsində orta və yüksək təzyiqli yeraltı və yerüstü qaz kəmərləri üzrə məlumatların qorunub saxlanması üçün yaradılıb.

Yeni proqramın köməyi ilə hər bir rayon üzrə elektron xəritə hazırlanır. Proqram vasitəsilə ərazidə yerləşən obyektlərin ünvanları və xüsusiyyətləri müəyyən edilir.

Bir müddət əvvəl ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindəki mənbə bildirib ki, ilin sonunadək Bakı və Abşeron yarımadasının qazpaylayıcı sisteminin elektron xəritəsinin hazırlanmasını başa çatdırmağı planlaşdırır. Elektron xəritənin hazırlanması başa çatdıqdan sonra Almaniyanın E.ON şirkəti qazpaylayıcı sistemin rekonstruksiyasına başlayacaq.

Bakı və Abşeron yarımadasının qaz sistemi ölkəadə ən iri sistemdir və 650 minə yaxın abonenti əhatə edir. Onun rekonstruksiyası və modernləşdirilməsi üçün mövcud infrastrukturun 90 faizi yenilənməlidir.

Xəbər lenti

Xəbər lenti