...

Azərbaycan elektrik enerjisi istehsalının gücünü 20 faiz artıracaq - "Azərenerji"

Energetika Materials 22 Sentyabr 2011 10:44 (UTC +04:00)
"Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 2012-ci ilin sonunadək ölkənin enerji sisteminin gücünü 1,4 min meqavatt artırmağı planlaşdırır.
Azərbaycan elektrik enerjisi istehsalının gücünü 20 faiz artıracaq - "Azərenerji"

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 2012-ci ilin sonunadək ölkənin enerji sisteminin gücünü 1,4 min meqavatt artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Power generation world Caspian 2011" konfransında SC-nin İnvestisiya şöbəsinin rəhbəri Rafael Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavatt təşkil edir ki, bu da ölkəni regionda ən iri enerji imkanlarına malik ölkə hesab etməyə əsas verir. Son yeddi il ərzində Azərbaycanın enerji sisteminin gücü 2,3 min meqavatt artıb ki, bu da köhnə istehsal obyektlərinin rekonstruksiyası və modernləşdirilməsi, eləcə də yenilərinin tikintisi hesabına mümkün olub.

Abbasovun sözlərinə görə, respublikada enerji hasilatının 20 faizlik artımı gələn ilin III rübündə "Cənub" elektrik stansiyasının istismara verilməsi, "Azərbaycan" İES-də ikinci buxar-qaz qurğusunun tikintisi hesabına planlaşdırılır.

"Azərenerji" SC-nin balansında olan elektrik stansiyalarının gücü 6,5 min meqavatt təşkil edir. SC-nin balansında gücü 500, 330, 220 və 110 kilovolt olan 200-dən çox yarımstansiya, eləcə də altı su elektrik stansiyası və 13 istilik elektrik stansiyası var.

Xəbər lenti

Xəbər lenti