...

Türkiyənin tədqiqat gəmisi Kiprə göndərilib

Energetika Materials 23 Sentyabr 2011 16:12 (UTC +04:00)
Türkiyənin tədqiqat gəmisi "Piri Reis" bugün səhər Urla limanından Kipr səhillərinə göndərilib.
Türkiyənin tədqiqat gəmisi Kiprə göndərilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin tədqiqat gəmisi "Piri Reis" bugün səhər Urla limanından Kipr səhillərinə göndərilib. Gəmi Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) şelfində karbohidrogen kəşfiyyatına başlamaq üçün müştərək planlar çərçivəsində Kipr Respublikasının bənzər fəaliyyətinə cavab kimi kəşfiyyat işləri aparmaq üçün səfərə çıxıb. Trend-in məlumatına görə, xəbəri Anadolu agentliyi yayıb.

Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsinə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ŞKTC ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Çərşənbə günü Türkiyə hökuməti və ŞKTC Prezidenti Dərviş Eroğlu Nyu-Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədinə dair saziş imzalayıb. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti