...

ARDNŞ yeraltı qaz anbarlarına qazın vurulmasının başa çatma müddətini açıqlayıb

Energetika Materials 26 Sentyabr 2011 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatana qədər ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) quyuların və qaz nəqli infrastrukturlarının cari təmirini tamamlamaq istəyir. Bu barədə Trend-ə bazar ertəsi ARDNŞ-dəki mənbə bildirib. Qazın vurulması mövsümünün dekabrda başa çatdırılması planlaşdırılıb.

Onun sözlərinə görə, hazırda cari il üçün nəzərdə tutulan təmir işləri davam edir.

Mənbə deyib ki, Qaradağ anbarında iki yeni quyunun qazılması və Qalmaz anbarında iki quyunun qazılması üçün qazma qurğusunun quraşdırılması davam edir.

"Qalmaz anbarında bir qazma qurğusunun montaji başa çatıb, hazırda digər qurğunun quraşdırılması davam edir", - mənbə deyib.

ARDNŞ bu il ümumilikdə 6 quyu Qalmaz, 4 quyu isə Qaradağ anbarında olmaqla, 10 yeni quyu qazmağı planlaşdırır.

Yeni quyuların qazılması və köhnə quyuların təmir işləri anbarlara vurulan qazın həcminin artırılması məqsədini güdür.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, bu il şirkət yeraltı qaz anbarlarındakı qazın həcmini ötənilki 3,05 milyard kubmetrə qarşı 3,5 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın 1,14 milyard kubmetrdən çoxu ötən mövsümdən qalıb.

Xəbər lenti

Xəbər lenti