...

Türkiyə "Cənub qaz dəhlizi" çərçivəsində Rusiyadan təklif gözləyir - nazir

Energetika Materials 3 Oktyabr 2011 12:09 (UTC +04:00)
Türkiyə Rusiya ilə "qərb marşrutu" üzrə qaz tədarükünə dair sazişi uzatmamasına baxmayaraq, "Cənub qaz dəhlizi" çərçivəsində RF-dən təkliflər gözləyir.
Türkiyə "Cənub qaz dəhlizi" çərçivəsində Rusiyadan təklif gözləyir - nazir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Rusiya ilə "qərb marşrutu" üzrə qaz tədarükünə dair sazişi uzatmamasına baxmayaraq, "Cənub qaz dəhlizi" çərçivəsində RF-dən təkliflər gözləyir. Bunu jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız deyib. Trend-in məlumatına görə, xəbəri "Haberler" qəzeti yazıb.

Yıldız bildirib ki, Türkiyəyə Rusiya qazının tədarükü barədə müqavilənin uzadılmasından imtina iki ölkənin münasibətlərinə təsir etmir.

"Rusiya-Türkiyə münasibətləri yalnız qaz kəməri siyasəti üzərində qurulmayıb, ona görə də iki ölkənin münasibətləri bundan zərər çəkmir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə və Rusiyanın özəl sektoru "qərb marşrutu" üzrə Rusiya qazının alınmasına dair razılaşma əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti